“Fransa bununla Ermənistana mesaj verir ki, mən haqqın yanındayam”





"Azərbaycanın son ardıcıl qələbəsi ermənilərin Fransadakı lobbisinin çox güclü olması mifini dağıtdı”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi şərhçi bildirib ki, ermənilər bundan çox narahatdırlar və bu hal bir daha sübut edir ki, Fransa ictimaiyyətinin hamısı onların dediyi kimi düşünmür, belə düşünməyə də borclu deyil:

"Fikrimcə, bu uğurlar davam edəcək, çünki uzun illər düşünülmüş şəkildə aparılan siyasət öz nəticəsini verir. Erməni təklənir, buna görə də qorxu keçirirlər. 

Fransa cəmiyyəti vaxtı ilə aparılan erməni təbliğatına aldanıb erməni lobbisini dəstəkləsə də artıq onlar da doğrunun kimin yanında olduğunu görürlər. 

Düzdür, Fransa erməni məsələsindən öz siyasəti üçün zaman-zaman istifadə edib. Amma Azərbaycanın apardığı siyasət ermənilərin fəaliyyətini artıq neytrallaşdırıb. Fransa məhkəmələrinin son qərarları buna misaldır. Fransa dövləti bununla Ermənistana mesaj verir ki, mən öz siyasətimdə dəyişiklik etmişəm və haqqın yanındayam”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu