Bu ölkə heyvanların küçələrə atılması ilə bağlı «Avropa çempionu » seçilib – DƏHŞƏTLİ STATİSTİKA




Fransa heyvanların küçəyə atılması ilə bağlı «Avropa çempionu» seçilib.

«Sherg.az» «sciencesetavenir.fr»ə istinadən xəbər verir ki, 30 milyon dost bir araya gələrək küçəyə atılmış heyvanlarla bağlı yaratdığı Fond yaradıb.

Həmin Fondun küçələrə atılan heyvanlarla bağlı dəhşətli statistika açıqlayıb. Onlar bu sahədəki durumla bağlı video hazırlayıblar.

Həmin videoda qeyd olunur ki, Fransa heyvanların küçələrə atılması ilə bağlı Avropa ölkələri içərisində birinci yerdə qərarlaşıb.

Bu «təcrübə»yə ən çox Fransada təsadüf edilib. Fond məlum vəziyyətlə bağlı həyəcan təbili çalaraq, kampaniyaya start verib.

Onlar bəyan edirlər ki son dövrlər küçələrə atılan it, pişik və dovşanların sayı durmadan artmaqdadır.

Məlumata görə hər il əxminən 100 minə yaxın heyvan küçələrə atılır ki, onun da 60 mini yay mövsumünə təsadüf edir. İşin ən kədərli tərəfi odur ki, bu meyl bütün dünyada geniş yayılıb.

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu