Oğul anasını bıçaqladı




Mingəçevirdə oğul anasını bıçaqlayıb.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti 22 ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1955-ci il təvəllüdlü Nəbiyeva Svetlana Qəhrəman qızı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı qadının hər iki qolundan bıçaq xəsarəti aşkar edilib. Araşdırmalar zamanı S.Nəbiyevanın öz oğlu tərəfindən bıçaqlandığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu