Türkiyə və İran xarici işlər nazirləri sabah İsfahanda görüşəcəklər




Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu sabah İrana səfər edəcək.

APA -nın xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İsfahanda o, iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək.Görüş zamanı İran və Türkiyə arasında ikitərəfli əlaqələr, iqtisadi sahədə imzalanmış sazişlər, həmçinin regionda və dünyada baş verən hadisələr əsas müzakirə mövzusu olacaq.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu