“Paşinyan separatçı rejimin maliyyə ayırmalarını kəsib, onları tərksilah etmək istəyir” – Bacaracaqmı ?




İşğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qondarma rejmlə Ermənistan hakimiyyəti arasında gərginlik davam edir. Ermənistanın "Politik” nəşrinin yazdığına görə, Baş nazir Nikol Paşinyan işğal altında olan Qarabağın "hökumət”inə etibar etmir və hətta onları müharibəyə təhrik etməkdə təqsirləndirir. Nəşr yazır ki, yaxın günlərdə Qarabağ separatçılarının başçısı Bako Saakyan qondarma Dağlıq Qarabağ Respublikasının "təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanı yanına çağıraraq, ondan istefa ərizəsi yazmasını tələb edib. Saakyan bunu Ermənistan hakimiyyətinin göstərişi olması ilə əsaslandırıb."Politik”ə məlum olub ki, Ermənistan hakimiyyəti artıq iki aydır Qarabağ separatçılarının maliyyə yardımı ilə bağlı sorğularına rədd cavabı verir. Ermənistan hakimiyyəti Vitali Balasanyanın "vəzifə”də qalacağı müddətdə separatçılara bir qəpik belə verməyəcəyinə açıq eyham vurub. Nəşrin mənbəsinin dediyinə görə, Ermənistan ilk dəfə olaraq separatçılara qarşı maliyyə sanksiyası tətbiq edib.

Məsələni şərh edən politoloq Tofiq Abbasov "Sherg.az”a bildirib ki, normal dövlətlərdə, cəmiyyətlərdə siyasi sistemlər qurulduqda hər zaman bir güc mərkəzi olur:

"Ermənistanda işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma rejmin simasında əcaib bir idarəçilik müşahidə edirik. Yəni, 1990-ci illərdən indiyə qədər Ermənistanda və onun müvəqqəti öz tərəfində saxladığı Azərbaycan torpaqlarında ikinci güc mərkəzi yaranıb. Həmin o güc mərkəzi quldurlardan, separatçılardan, cinayətlər törədən "xadimlər”dən ibarətdir. Ona görə də onlar vaxtaşırı İrəvana meydan oxuyurlar. Robert Köçəryanla Serj Sarkisyan dövründə separatçı rejimin bu mövqeyi anlaşılan idi. Amma indi isə qeyri-qarabağlı adam hakimiyyətə gəlib.

 O anlayır ki, əgər "Qarabağ Klanı”nın quldur dəstələrinin qarşısından qaçsa, müxtəlif yollarla hakimiyyətdən uzaqlaşdıracaqlar. Bütün bunların baş verməməsi üçün Nikol Paşinyan analayır ki, ya bu ölkədə güc mərkəzini özü yönəldəcək, ya da idarəçiliyi "Qarbağ Klanı” əldə edəcək. Ona görə də Ermənistanın baş naziri vəziyyətə hakim kəsilmək üçün rəqiblərindən azad olmalıdır. Həmin rəqiblərlə də danışıqlarla ortaq məxrəcə gəlmək mümkün deyil. 

Son zamanlar baş verən hadisələr onu göstərir ki, N.Paşinyan bütün bu posesləri anlayır və başa düşür ki, onlarla həzin dillə danışmaq heç bir nəticə verməyəcək. Yəni, gücün qarşısına güc qoymalıdır. İndiki anlamda həm də N.Paşinyan göstərir ki, qondarma qurum Ermənistanın özünün yaratdığı bir əcaib bir məxluqdur. Ona görə də N.Paşinyan separatçı rejimin maliyyə ayırmalarını kəsərək onları tərksilah etmək istəyir və bunu bacara da bilər”.

T.Abbasov onu da bəyan edib ki, hazırda N.Paşinyan və Vitali Balasyan arasında gərginlik yaşanır:

"Vitali Balasanyanın "Dağlıq Qarabağ Respublikası”nın "təhlükəsizlik şurasının katibi” dir. Məsələnin də əsas məqamı V.Balasanyanın qondarma rejimin hakimiyyətini əla almaq istəyini gizlətməməsidir. O təhdidlərlə hakimiyyətə gəlsə, N.Paşinyanın ətrafına divan tutacağanı bildirir. Məhz buna görə də N.Paşinyan qondarma rejimə sanksiya tətbiq edib. 

Baş nazir Vitali Balasanyanın postundan getməyəcəyi təqdirdə qondarma rejimə maliyyə yardımı etməyəcəyəni bildirir. Bütün bu olanlar Ermənistanın yanlış siyasət yeritməsinin bariz sübutudur. Separatçı rejimin qeyri-sabitliyi bitməyəcək. Emənistan Dağlıq Qarabağ bölgəsində törətdiyi müharibələrlə özü-özünü həm rüsvay etdi, həm nüfuzdan saldı, həm də iqtisadi, ictimai və siyasi imic baxımından müflisləşdirdi. Ona görə də Azərbaycan tərəfi bütün bu prosesləri diqqətlə izləməyə davam etməlidir ki, lazım gələn məqamda qarşı tərəfi ram etməklə ərazi bütüvlüyünü bətpa etsin”.

Kənan Eynuroğlu

Paylaş
Bizi Facebookda izləyin
menu
menu