Daha küçələrdə zibil qalmayacaq – Qeyri-adi təşəbbüs





Yaponiyanın Kamikatsu kəndində zibillənmə 2020-ci ilə qədər sıfır faizə düşəcək.

«Sherg.az » «sciencesetavenir.fr »ə istinadən xəbər verir ki, bu prosesin həyata keçməsi ilə bağlı işə artıq 1500 nəfər cəlb olunub. Onlar 45 kateqoriya üzrə bölünüblər. Küçələrə atılan bütün zibillər yığılaraq yenidən bərpa edilib, istifadəyə veriləcək.

Bu təşəbbüslə həmin kəndin 39 yaşlı xanım sakini Naoko Yokoyama çıxış edib. O qeyd edib ki, bu prosesi gerçəkləşdirmək üçün lazım olan texniki avadanlıqlar var: 

"Düzdür, bir az çətin olacaq. Ancaq biz bunu bacaracağıq. Bir il ərzində kəndimizdə bir dənə də olsun zibil qoymayacağıq. Hədəfimiz budur".

Bu 45 kateqoriyaya diş şotkası, qulaq çöpləri, butulkalar və digər metal əşyalar daxildir.
Qeyd edək ki, bu kənd paytaxt Tokionun cənub qərbində, paytaxtdan 530 km uzaqlıqda yerləşir.

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu