Lüləni çənəsinə dirədi - FOTOLAR

Hər kəsin gözü qarşısında şok yaşandı


 Antaliyanın Muratpaşa qəsəbəsində restoranda qablaşdırma işi ilə məşğul olan Tayfun K.ın (28), bir neçə gün əvvəl işinə son verilib. Tayfun K., dünən saat 14.00 radələrində restorana gələrək, işdən çıxarılmasında rolu olan Xəlil İbrahim Tuncu sinəsindən bıçaqlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Tayfun K., hadisədən sonra restorandan uzaqlaşıb. 



Qısa müddətdə polis və sağlamlıq qrupları hadisə yerinə gəlib. Tayfun K., evindən ov tüfəngini götürüb yenə restorana dönüb. Qapının önündəki polisləri göən Tayfun K., silahı çənəsinə dirəyib, Xəlil İbrahim Tuncun onun yanına gəlməsini tələb edib.  Gəlməsə intihar edəcəyini söyləyib. 





Polislər Tayfun K.ı razı salmaq üçün uzun müddət məşğul olub. Daha sonra olay yerinə Xüsusi Hərəkat qrupu çağırılıb. Tayfun K., saat yarım sonra silahı buraxaraq təslim olub.
Xəstəxanaya çatdırılan Xəlil İbrahim Tunc isə müalicə altına alınıb, səhhəti yaxşıdır.

Turan

Paylaş
Bizi Facebookda izləyin
menu
menu