İşə gəlmədi, evində ölü tapıldı

Polis o şübhəni araşdırır



Türkiyənin Sakarya şəhərinin Qurusu qəsəbəsində reklamçı kimi çalışan Ayşenur A.n. işə gəlməməsi şübhəyə səbəb olub. Vəziyyətlə maraqlanan yoldaşları onu evində ölü tapıblar.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, yerli bir qəzetin reklam xidmətində çalışan və bazar ertəsi günü işə getməyən Ayşenur A.ın yoldaşları onu telefonla arayıblar. İş yoldaşları telefon zənginə cavab almadıqları üçün Ayşenur A.ın Qurusudakı evinə gedib. Zəngi nə qədər bassalar da qapı açılmayıb. Çilingər çağıran yoldaşları evə girən zaman Ayşenur A.ı yerdə hərəkətsiz halda aşkarlayıblar.
Hadisə yerinə gələn sağlamlıq vəzifəliləri müayinə zamanı Ayşenur A.ın həyatını itirdiyini müəyyənləşdiriblər. Polislər hadisə yerində araşdırmaya başlayıblar, Ayşenur A.ın cəsədi isə yarılmaq üçün Ədli Tibb Təşkilatına aparılıb. Polis qrupları evin ortasında səpələnmiş paltaryuyan tozuna görə gənc qadının zəhərləndiyi ehtimalı üzərində dayanır.

Turan

Paylaş
Bizi Facebookda izləyin
menu
menu