Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlandı




Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən təsdiq edilən ikinci sosial paketə ayrılan maliyyə vəsaitinin mənbəyini açıqlayıb.

Sherg.az-ın xəbərinə görə, S.Babayev parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib ki, ikinci qəbul edilən sosial paketin maliyyə dəyəri 660 milyon manatdır:

"Bunun 560 milyon manatı dövlət büdcəsinin, qalan 100 milyon manatı isə Dövlət Sosial Müdafiə Fondunun payına düşür. Dövlət büdcəsindən yönəldilən vəsait isə yenə daxildən əldə edilən vəsaitdir. Bu vəsaitlər vergi və gömrük yığımları hesabına yığılıb”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu