İstanbuldan ora gəlin getdi: Qızılları güclə daşıdı... - FOTOLAR




 
İstanbul sakini  Məryəm Aydemir, burada tanış olduğu Şırnak sakini Cüneyd Aydemirlə Beytüşşebap qəsəbəsində 3 gün, 3 gecə toy çaldırıb, nigah bağladılar. Tayfa toyunda gəlinə bir kilo qızıl, kürəkənə isə 100 min lirə taxdılar.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Məryəm və Cüneyd Aydemir cütlüyü İstanbulda tanış olub. Bir müddət eşq yyaşayan cütlük daha sonra evlilik qərarı veriblər. Sevgilisinə görə İstanbuldan Şırnaka gəlin köçən Məryəm Aydemir dağın ətəyində yerləşən Boğazören kəndində 3 gün, 3 gecə davam edəm bir toyla yeni bir ailənin təməlini qoydular.



Tayfa toyunda gəlinə bir kilo qızıl, kürəkənə isə 100 min lirə taxılıb. Türkcə və kürdcə mahnılar oxuyaraq halaylar çəkən qonaqlar sanki nəmər taxmaq yarışına giriblər.

Bəyin əmisi oğlus Agit Aydemir türk bayrağı altında halaylar çəkilməsinin onları çox xoşbəxt etdiyini söyləyib: 

"İllərdir bölgəmizdə belə gözəl toy olmurdu. Çox şükür ki, artıq toyların sədaları gəlir. Bu gözəl gündə bizləri tək buraxmayan hər kəsə çox təşəkkür edərik".





 
Milliyyətçi Hərəkət Partiyasının Beytüşşebap Mahal Qadın Təşkilatının rəhbəri Hafizə Aydemir isə  artıq bölgənin toylarının belə gözəl keçdiyini vurğulayıb: "Korucubaşı Bahri Aydemirin oğulu İstanbuldan sevdiyi bir xanımla evlənməsi bir başqa gözəllik oldu. Bu mərasim türk-kürd ayrı-seçkilikçiliyi edənlərə ən gözəl mesajdır. Ay ulduzlu türk bayrağımız altında Kato dağına çox yaxın bir yerdə İstanbullu biriylə qohumumuzun toyu var, bu gün çox xoşbəxtik" deyə danışıb.

Turan
Paylaş
Bizi Facebookda izləyin
menu
menu