“6 ay ərzində Azərbaycanda minimum əmək haqqı təxminən iki dəfə artırıldı”





"Azərbaycanda minimum əmək haqqı 250 manata çatdırıldı. Beləliklə, cəmi 6 ay ərzində Azərbaycanda minimum əmək haqqı təxminən iki dəfə artırıldı”.

"Sherg.az”ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu Feysbuk profilində yazıb.

Analitik vurğulayıb ki, maaşların artımına büdcədən təxminən 800 milyon manata qədər vəsait ayrılacaq. Bu kiçik məbləğ deyil:

"Azərbaycan müstəqilliyini qazandığı 26 ildə ilk dəfədir ki, maaşlar və pensiyalar bu qədər yüksək səviyyədə qaldırılır. Prezident niyə bu qərarı verdi? Birincisi, 2015-ci il devalvasiyasından sonra manatın dəyəri azalmışdı və bu azalma maaşlara da mənfi təsir etmişdi. Dolların qiyməti iki dəfə qalxmışdı. Bu da yaşayış şərtlərini ağırlaşdırmışdı. İkincisi, Azərbaycandakı maaşlar qonşu ölkələrdən geri qalırdı. Buna görə də bu fərqi azaltmağa və ya tamamən ortadan qaldırmağa ehtiyac var idi. Maaş və pensiyaların artımı müsbət hadisə olsa da, bunun inflyasiyanı və məhsulların qiymətlərinin artıracağı ehtimalı da səslənir. 

Ona görə də sosial islahatlarla paralel rəqabət qabiliyyətli və ən başlıcası ölkəyə valyuta gətirən sahə və müəssisələrin istifadəyə verilməsi vacibdir. Bakıda, Sumqayıtda və müxtəlif bölgələrdə yaradılan sənaye parkları Azərbaycanın valtuya gəlirlərini artırmalı, eyni zamanda ölkənin enerji satışından asılılığını azatmalıdır. Məsələn, tək elə Sumqayıtda iyunun 13-də istifadəyə verilən "SOCAR Carbamid” zavodu Azərbaycana ildə 160 milyon dollar gəlir gətirməlidir. 8-10 belə zavodun istismara verilməsi maaş və pensiyaların daha böyük həcmdə artırılmasına imkan verəcək”.

Analitik bildirib ki, bütün hallarda maaş və pensiyaların artımı vacib idi:

"Maaş və pensiyaların artımı kasıblıq həddində yaşayanların vəziyyətinə nisbətən müsbət təsir etməlidir. Prezident sosial islahatları dərinləşdirməyə qərar verib”.

İsmayıl


Paylaş
Bizi Facebookda izləyin
menu
menu