Evinə aldığı südü küçə itlərinə içirtdi





Türkiyənin Kahramanmaraş bölgəsində bir heyvansevər, evinə apardığı 5 litrlik südün yarısını küçədəki aç qalan itə və balalarına içirdib qarınlarını doyurdu.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, ətrafdakıların da alqışını alan Okan Dönməz, canlıları çox sevdiyini və itlərin aç olduğu düşüncəsiylə onlara süd verdiyini bildirib.
Həyat yoldaşından icazə alaraq itə və balalarına bir az süd gətirmək istədiyini söyləyən Dönməz, "Südü iş yerindən gətirdim və hər həftə alıram. Onları belə görüb vermək istədim və inşallah qarınları doyub. Çox aç idilər və həyat yoldaşımdan icazə alıb itlərə bir az da süd gətirəcəyəm" deyə danışıb.



Canlılarla yaxşı davranmağın insani bir vəzifə olduğunu söyləyən məhəllə sakinlərindən Ece Özçimen isə bunları deyib:
"Bu itlər uzun zamandır buradadır və doğulandan buradadır. Məhəllə sakinləri olaraq zatən itləri çox sevirik və yemək və su veririk. Hər kəsdən də bu həssaslığı gözləyirik. Heyvanlar dilsiz və möhtacdırlar.

Turan

Paylaş
Bizi Facebookda izləyin
menu
menu