Professor: “İran inqilabi bir addım atıb” - Çətinlikdən çıxa biləcəkmi?





İran prezidenti Həsən Ruhaninin təlimatı ilə artıq bu ölkədə sərhədi keçmiş xarici turistlərin pasportlarına möhür vurulmayacaq. Bu addım ABŞ-ın sanksiyalarından sonra qorxub bu ölkəyə getməyən turistləri cəlb eləmək üçün atılıb. Təlimatın qısa müddət ərzində ölkənin bütün hava limanlarında həyata keçiriləcəyi bildirilir.

Rəsmi Tehranın addımını "Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, İranın inqilabi bir addım atdığını deyib:

"Bununla İranın təhlükəsizliyi sual altına düşür. Əgər İran hökuməti ölkəyə girənlərin kimliyini müəyyən etmədən bu addımı atırsa, deməli əvvəldən çox ciddi fikirləşib. Ola bilsin, İrana gedən xarici turistlər rəsmən qeydiyyata alınacaq, sadəcə onların pasportuna möhür vurulmayacaq. Beləliklə İran həm turistin, həm də ölkənin təhlükəsizliyini təmin edə biləcək.

Yeganə çıxış yolu budur. Bunu fikirləşib tapıblarsa, çox ağıllı addım atıblar. Bilirsiz, artıq İranın başqa yolu da qalmayıb. ABŞ prezidenti Donald Tramp beynəlxalq masson təşkilatının təsiri altındadır. Hazırda İranı şərləməyə çalışırlar”.

Professorun sözlərinə görə, bütün hallarda Trampın bu çılğınlığı və ağılsızlığı ancaq bizneslə bağlıdır:

"Ətrafında olanlar Trampı bu cür addımlar atmağa məcbur edirlər. İran iqtisadiyyatı onsuz da çökmüş vəziyyətdədir. İnflyasiya səviyyəsinə görə, Venesueladan sonra ikinci yeri tutur. Buna görə də İran tarixən belə çətinliklərdən çıxa bilib. İnanıram ki, Tehran hökuməti də Rusiya kimi bu çətinliklərdən çıxmağı bacaracaq”.

C.Nuriyevin fikrincə, növbəti təzyiqlər gələn aydan Türkiyəyə də edilə bilər:

"Çünki Rusiya və İrandan sonra gündəmdə olan ölkə Türkiyədir. Qardaş ölkə bizim üçün çox əzizdir. Ona görə də narahat oluruq”.

İsmayıl


Paylaş
Bizi Facebookda izləyin
menu
menu