“Minimum əmək haqqının 130 manatdan 250 manata çatdırılması iqtisadi sıçrayışdır”




Dövlətimizin imkanları genişləndikcə əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə göstərməyə başlayır. Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri də ölkədə geniş məzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, ölkəmizin daha da inkişafına xidmət edən sərəncamları, fərman və qərarları reallaşdırılan böyük sosial islahatlar paketinin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət öz növbəsində inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Ölkə başçısının 2019-cu il 18iyun tarixli Sərəncamı iləsentyabrın 1-dən minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının işçilərinin əməkhaqlarının 40 faiz, müəllimlərin maaşlarının orta hesabla 20 faiz artırılması dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut edir.

Dövlət başçısının sərəncamlarını "Sherg.az”a dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev bildirib ki, minimum əmək haqqının devalvasiya olmadan 7 ay ərzində 130-manatdan 250 manata iki dəfədən çox artırılması iqtisadi sıçrayışdır:

"Sadəcə bu uğuru möhkəmləndirmək üçün dövlət proqramı olmalıdır. Növbəti il üçün devalvasiyanı bir rəqəmli səvviyyədə saxlaya bilsək, insanlarımızın rifahı yüksələcək. Hazırda Azərbaycan neftinin qiyməti 107-110 manat arasında dəyişir. 2008-ci ildə isə neftin rekord qiyməti 116 manat olub. Hazırki gəlirlərimiz əmək haqqlarının artıtılmasına tam uyğundur.

Müəyyən tədbirlər görməklə əmək haqları və pensiyaları daha da çox qaldırmaq olar. Bundan ötrü ilk növbədə israfçılığın qarşısı alınmalıdır. Böyük layihələrə ayrılan məbləğlərə, inşaat sektoruna və bir sözlə dövlət büdcəsinin xərclənməsinə nəzarət artırılmalıdır. Neft istehsalının maya dəyəri 5-7 dollar səviyyəsinə endirilməlidir. 2020-ci ildən qaz gəlirlərimizin artan tempi büdcəyə daha çox vəsit daxil olmasına səbəb olacaq”.

Analitik vurğulayıb ki, bəzi iqtisadçıların pensiya və minimum əmək haqqlarının artırılmasından sonra qiymətlərin sürətlə qalxması barədə təhlili provakasiyadır:

"Bu sayaq təhlilllər fürsətçilərə imkan verir ki, süni şəkildə qiymətləri qaldırsınlar. Bu da hakimiyyətin sosial siyasətinə qarşı ağır zərbədir”.

İsmayıl


Paylaş
Bizi Facebookda izləyin
menu
menu