“Türkiyənin hərbi xidmətlə bağlı addımı barədə biz də düşünməliyik” – Professional orduya keçid




Türkiyədə Hərbi Xidmət Qanununa edilən təkliflər Türkiyə Böyük Millət Məclisində qəbul edilib. Dəyişikliyə əsasən, sıravi əsgərlər üçün hərbi xidmət müddəti 6 ay, gizir və zabitlər üçün isə 12 ay təyin edilib. Bundan başqa, hərbi xidmət Türkiyə vətəndaşı olan bütün kişilər üçün icbari olacaq. Xatırladaq ki, bu vaxta qədər Türkiyədə hərbi xidmət müddəti sıravi əsgərlər üçün 1 il idi. Sözügedən məsələ Azərbaycanda da dəfələrlə gündəmə gətirilib. Təklif olunub ki, 1 il 6 aylıq əsgərlik müddəti çox olduğu üçün hərbi xidmət dövrünü bir neçə ay azaltmaq mümkündür. Hətta bunun müəyyən mənada faydalı olacağını da bildirirlər. Lakin bu təklifin əleyhinə çıxanlar da az deyil. Onların fikrincə, indiki müharibə şəraitində əsgərlik müddətinin qısadılmasından söhbət belə getməməlidir.

Bəhs edilən məsələ ilə bağlı "Sherg.az”a danışan politoloq Əhəd Məmmədli deyib ki, qardaş ölkə yavaş-yavaş professional orduya keçir.

Analitik bildirib ki, artıq peşakar ordu anlayışı dünyada yayılmaqdadır:

"Azərbaycan kimi ərazi problemi olan Gürcüstan da professional orduya keçir. Fikrimcə, gələcəyin müasir ordusu yüksək peşakarlardan ibarət olacaq. Bizim ordumuzda da bu barədə fikirləşməlidirlər. Professional orduya keçidin hərbimizi daha da gücləndirəcəyini düşünürəm. Əlbəttə, bu məsələlər və onların həlli hərbiçilərə həvalə edilməlidir. 

Əsgərlik müddətinin azaldılmasına gəldikdə isə mən bunun da tərəfdarıyam. Müharibə şəraiti olmadığı təqdirdə ali təhsillilərin 6 ay, orta təhsillilərin isə 1 il hərbi qulluqda olması problem deyil. Bununla yanaşı əsgərliyə getmə yaşının qaldırılmasının da tərəfdarıyam. Düşünürəm ki, bu, daha düzgün qərar olardı”.

Siyasi şərhçinin sözlərinə görə, gənclərin yeniyetmə dövründə əsgərliyə getməsinin fəsadları çox olur:

"İllərdir ordumuzda bunun şahidi oluruq. Bu fəsadların azaldılması və tamamilə aradan qaldırılması üçün yaş həddinin qaldırılmasının tərəfdarıyam. Dolğun yaşda əsgərliyə gedilməsi müəyyən problemləri aradan qaldıra bilər”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu