Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni avtobus reysi açılır




İyulun 1-dən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq. Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) " APA -Economics”ə verilən məlumata əsasən, biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.

Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri "avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə "onlayn” qaydada, həmçinin BBAK-in kassalarından ala bilərlər.

Məlumat üçün bildirək ki, biletlər "Qabaqcadan satış” kassaları və "Onlayn” qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır. Sərnişinlər səfərdən 1 gün əvvələ qədər bilet ala bilərlər. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Paylaş
Bizi Facebookda izləyin
menu
menu