Sirrozdan əziyyət çəkən aktyora Heydər Əliyev Fondunun yardımı ilə qaraciyər köçürüləcək




"Hazırda 1 saylı Sumqayıt şəhər xəstəxanasında müalicəmi davam etdirirəm. Müalicə proseduru keçirəm. Həkim nəzarətindəyəm”.

Bu sözləri APA -nın yerli bürosuna açıqlamasında qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkən Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov deyib.

Y. Səlimov bildirib ki, müayinə, müalicə zamanı bütün dərmanlar ödənişsiz təmin olunur. Aktyor qeyd edib ki, donorun analizlərinin cavabları məlum olduqdan sonra ona qaraciyər köçürüləcək.

O, həmçinin bildirib ki, müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb: 

"Nəticələr əldə edilən kimi Heydər Əliyev Fondunun yardımı ilə mənə qaraciyər köçürüləcək".

Qeyd edək ki, Y. Səlimovun bu ilin mart ayında xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur.
Lent.az

Paylaş
Bizi Facebookda izləyin
menu
menu