Ermənilər işğal etdikləri Bağanis Ayrımda bağça tikdilər – Təntənəli açılış





1990-cı ilin martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilən Qazaxın Bağanis Ayrım kəndində işğalçı ölkə uşaq bağçası tikərək istifadəyə verib.

« Sherg.az» «armenews.com»a istinadən xəbər verir ki, bu gün həmin bağçanın təntənəli şəkildə açılış mərasimi baş tutub. 

Bu bağçanın inşası üçün « Paros » Fondu maliyyə dəstəyi göstərib. Bu bağça 9 ay müddətinə inşa olunub. 2013-cü ilə qədər Bağanis Ayrımda bağça olmayıb. 

2016-2019-cu illərdə orta məktəbin bir neçə otağını bağça əvəzi istifadə ediblər. Sentyabr aydından etibarən 22 uşaq bu bağçaya yerləşdiriləcək.

Qeyd edək ki, Bağanis Ayrım Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənddir. 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilib. Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.

 Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 

100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsini xalqımıza, geniş oxucu kütləsinə çatdırmağı özünün vətəndaşlıq borcu bilən Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitabını yazaraq 1999-cu ildə "Azərbaycan" nəşriyyatında çap etdirmişdir.

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu