“Gürcüstandakı hadisələr Rusiyanın mövqelərini zəiflətməyə hesablanıb”





"Gürcüstanda baş verən son hadisələr Rusiyanın mövqelərini zəiflətməyə hesablanıb”

Bunu "Sherg.az”a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib.

Qonşu ölkədə son günlər yaşayan prosesləri şərh edən partiya sədri bildirib ki, Gürcüstandakı hadisələri Rusiya əleyhinə açıq provakasiya hesab etmək olar:

"Təbiidir ki, Qərb Rusiyanın Gürcüstandakı mövqelərini zəiflətmək üçün hər fürsətdən istifadə etməyə çalışır. Rusiyanın özü də Qərbə qarşı adekvat gedişlər edir. Bir sözlə Gürcüstan super güclərin mübarizə poliqonuna çevrilib. Burcanadze siyasi xaraktercə hər zaman nisbətən Rusiyaya meyilli sayılıb. Elə bu xüsusiyyətə görə də onu sıravi gürcü vətəndaşları arasında nüfuzu xeyli zəifləyib. Yəni onun fikir və mülahizələri Gürcüstanın siyasi səhnəsində təsir imkanına malik deyil. Ancaq dediyində həqiqət var”.

T.Abbaslı bəyan edib ki, Gürcüstan iqtisadiyyatı böyük ölçüdə turizmdən asılıdır:

"O da sirr deyil ki, iqtisadi, siyasi baxımdan stabil olmayan ölkələrə turist axını azalır. Hələ nəzərə alsaq ki, Gürcüstana gələn turistlərin böyük qismi Rusiyadan gəlir, o zaman bu qarşıdurmanın ölkənin iqtisadiyyatına vurduğu zərbəni hesablamaq çətin deyil. Gürcü xalqı onların ölkələrini super güclərin mübarizə meydanına çevirmələrinə imkan verməməlidirlər”.

Qeyd edək ki, Gürcüstan parlamentinin keçmiş rəhbəri Nino Burcanadze ölkədə yaşanan proseslərə görə hökumətlə yanaşı, eks-prezident Mixail Saakaşvilini də suçlayıb və onu sərt dillə ittiham edib. Burcanadze bildirib ki, Rusiya turistlərinin ölkəni tərk etməsi üçün yaranan maliyyə itkisində Gürcüstan hökuməti və Mixail Saakaşvilinin nəzarət etdiyi qüvvələr günahkardır.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu