Ərdoğan seçkilərindən danışarkən, Binəli Yıldırım kövrəldi - FOTO





Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında təşkilatın sədri, prezident Rəcəb Tayyib Ərdoğan yenidən İstanbul seçkilərindən danışıb.

Sherg.az Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan partiyasından bələdiyyə sədrliyinə namizəd olmuş, seçkilərdə məğlubiyyətlə üzləşən sabiq baş nazir və parlament sədri Binəli Yıldırıma təşəkkür edib:

"Təbii ki, Binəli bəyin seçkiləri qazanmasını çox arzu etdik. Ona burdan təşəkkür edirəm. Binəli bəy İstanbulda məmur olaraq başlatdığı xidmət yolunu parlament sədri olaraq bu günə qədər qət etmişdir. Bu qədər təcrübəsini, biliyini sərf edərək yeni layihələrini İstanbulda həyata keçirmək istəyirdi. Amma İstanbul əhalisinin təqdiri başqa cür oldu. Bizim üçün önəmli olan milli iradənin təcəlli etməsidir. Son seçkilər kimin qazanmasından ziyadə, milli iradənin təcəlli etməsi baxımından qiymətlidir”.

Ərdoğan çıxış edərkən iclasda iştirak edən Binəli Yıldırımın duyğusallıqla kövrəldiyini hiss etdirən görüntüləri diqqətdən yayınmayıb.


Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu