27 dəqiqədə 6 dəfə ölüb, dirildi: Oyananda bunları yazdı - FOTOLAR





 ABŞ-ın Kaliforniya ştatında yaşayan Madie Johnson Instagram hesabı üzərindən qolundakı qeyri-adi döymənin hekayəsini paylaşıb. Bütün dünyanı şok edən hekayə, Instagramda 18 mindən çox bəyənmə yığıb.



Sherg.az xarici media istinadən xəbər verir ki, döymədəki yazı ilk baxışda mənasız bir qaralama kimi görünür. Yaxından baxanda bir uşağın əl ilə yazdığı yazıya bənzəyən, baş-ayaq bir cümlə fərq edilir. Madie Johnson bu döyməni, 27 dəqiqə boyunca ölüb, dirilən, yenidən təkrar həyata dönən xalası Tina Hinesin xatirəsi üçün etdirib. Xalası Tina, ürək xəstəliyi səbəbiylə altı dəfə ölüb, dirilib. İki dəfə əri tərəfindən, dörd dəfə xəstəxanadakı həkimlərin sayəsində həyata qaytarılıb. 









Madie, xalasının inanılmaz hekayəsini belə nəql edir:

 "Təxminən bir il əvvəl, ağıllı və ən sağlam insanlardan biri olan Tina xalam infarkt keçirdi. Qayınım Brian, xəstəxanaya çatdırılmamışdan əvvəl ürəyi dayanan xalamı dörd dəfə diriltdi. Xəstəxanaya çatanda həkimlər öldüyünü söylədi. Xalama süni aparat qoyuldu. Sonra möcüzə kimi oyandı. Oyananda danışa bilmirdi. Əmimoğlundan kağız, qələm istədi. Kağıza 'O gerçək' yazdı. "Otaqda olan şoka düşmüş insanlar 'Gerçək olan nə?' deyə soruşdular. Xalam gözyaşları içərisində barmağıyla səmanı işarə etdi. Madie Johnson, Instagram hesabında "Bu gerçək hekayəni paylaşmaq məcburiyyətindəydim. Bəzən zəifləyən inancım artıq çox güclüdür. Mənə sonsuz bir ümid verdi. Həyat tərzimi dəyişdirdi" deyə yazıb.

Turan
Paylaş
Bizi Facebookda izləyin
menu
menu