Hökumət maşını zəncirvari QƏZA TÖRƏTDİ – 7 avtomobilə ziyan dəyib - FOTOLAR





Bu gün saat 16:00 radələrində Mətbuat Prospektində yerləşən Azərbaycan Mətbuat Evinin qarşısında zəncirvari avtomobil qəzası baş verib.

"Sherg.az”ın hadisə yerində olan əməkdaşı məlumat verib ki, qəzaya "Toyota” markalı 55- AA- 320 dövlət nömrə nişanlı hökümət maşınının səbəb olduğu iddia olunur.

Belə ki, "Toyota” markalı avtomobil "VAZ 2107” markalı 90- ZM -384 dövlət nömrə nişanlı avotmobilə arxadan çırpılaraq onu yoldan çıxarıb.

Yararsız hala düşən, "VAZ 2107” maşını isə yol kənarında dayanmış digər avtomobillərə çırpılıb. Nəticədə həmin 7 avtomobilə də ciddi ziyan dəyib. 

Hadisə yerinə təcili tibbi yardım maşını gələrək, xəsarət almış sürücü və sərnişinləri xəstəxanaya çatdırıb.   






Ayyət

Paylaş
Bizi Facebookda izləyin
menu
menu