İmamoğlunun varidatı açıqlandı – İstanbulun yeni başqanının MÜLK SİYAHISI - FOTO




23 iyunda İstanbulun böyük şəhər bələdiyyəsi sədrliyinə keçirilən seçkilərdə qalib gələn Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun ümumi mal-mülkünün miqdarı açıqlanıb.

Sherg.az Türkiyənin "Cümhuriyyət” qəzetinə istinadən bildirir ki, İmamoğlunun qərargahından verilən açıqlamada, İstanbul bələdiyyəsinin yeni başqanının bütün varidatı sadalanıb. Belə ki, İmamoğlunun İstanbulun Bəylikdüzü rayonunda ümumi dəyəri 302 min və 71 min lirə olan iki mağazası, 120 min və 26 min lirəlik iki torpaq sahəsi, 911 min lirəlik malikanəsi, Böyükçəkməcə rayonunda 248 min lirəlik mağazası var. Bundan əlavə Çanaqqala şəhərinin Eceabat qəsəbəsinə bağlı Bigalı kəndində 30 min lirəlik evi və 15 min lirəlik koteci, Balıkəsir şəhərinin Edremit qəsəbəsində 256 min, 313 min, 165 min və 772 min lirəlik 4 torpaq sahəsi mövcuddur. İmamoğlunun doğulduğu Trabzonda isə Ortahisar qəsəbəsində 210 min lirəlik torpaq sahəsi var.

İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlunun adına isə İstanbulun Bəylikdüzü rayonunda ümumi dəyəri 145 min lirə olan mağazası, 185 min lirəlik torpaq sahəsi, Böyükçəkməcə rayonunda 572 min lirəlik mənzili, Muğlanın Bodrum qəsəbəsində 500 min lirəlik malikanəsi var.

Əkrəm İmamoğlunun 254 min lirəlik 2013-cü il istehsalı olan "CİP” avtomobili və 8 min lirə dəyərində silahı da var.

Bank hesablarında isə Əkrəm İmamoğlunun 979 min lirə, xanımı Dilək İmamoğlunun 418 min 869 lirə olmaqla ümumi 1 milyon 397 min 869 lirə nağd pulu görünür. Mülk bəyanında Dilək İmamoğlunun 841 min lirəlik briliant dəstinə və müxtəlif qızıl-zinyətə sahib olduğu da bildirilib.

Mülk açıqlamasında ailənin borcu və alacaqları ilə bağlı da rəqəmlər yer alıb. Bəyanda göstərilir ki, İmamoğlunun Hüseyin Tütüncüyə 140 min avro, "İmamoğlu İnşaat Ticarət və Sənaye Limited” şirkətinə 250 min lirə, Həsən İmamoğluna isə 1 milyon 913 min lirə borcu var. "SSB Sənaye və Ticarət AŞ”dan isə 3 milyon 603 min lirə alacağı var.
Deklarasiyada qeyd olunub ki, Əkrəm İmamoğlunun 13 yanvar 1993-cü ildə yaradıcılarından biri olduğu "İmamoğlu İnşaat Ticarət və Sənaye Limited” şirkətində yüzdə 60 faizlik, yəni 4 milyon 200 min lirəlik sərmayəsi var.

İmamoğlunun atası Həsən İmamoğlunun isə varidatı bunlardan ibarətdir: Güngörəndə mağazası, Yalova Termalda tarlası, İstanbulun Bəylikdüzü rayonunda 4 torpaq sahəsi, malikanə və mənsili, Trabzonun Akçaabat qəsəbəsində mağaza-qalareyası, Ankara şəhərinin Sincan bölgəsində torpaq sahəsi, Quşadasında torpaq sahəsi var.

Ata İmamoğlu həmçinin qurucusu olduğu "İmamoğlu İnşaat Ticarət və Sənaye Limited” şirkətində 1 milyon 400 min sərmayəyə sahibdir.

Anar



Paylaş
Bizi Facebookda izləyin
menu
menu