Gürcüstanda hökümət binasına xüsusi təyinatlılar yerləşdirildi




Gürcüstanda hökümət administrasiyasının binasına xüsusi təyinatlı polis dəstələri yerlədirilib.

APA -nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı "Rustavi2" telekanalı yayıb.

Bildirilib ki, yüzlərlə xüsusi təyinatlı polis avtobuslarla administrasiya binasının həyətinə gətirilib. Telekanal bunu hakim "Gürcü Arzusu" partiyasının daxili işlər naziri Georgi Qaxariyanı istefaya göndərmək istəməməsi ilə əlaqələndirib.

Qeyd edək ki, ötən gün nümayişçilər G.Qaxariyanın istefaya getmədiyi təqdirdə nümayişlərin miqyasını daha da genişləndirəcəklərini bəyan ediblər.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu