Gürcüstanda nümayişçilərin bir hissəsi azadlığa buraxıldı




Gürcüstan Apellyasiya Məhkəməsi saxlanılan nümayişçilərdən 55 nəfərinin azadlığa buraxılmasına hökm verib.

APA -nın yerli bürosu xəbər verir ki, bu barədə məhkəmənin hakimi Xatia Aradazaşvili keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, Tiflis Apellyasiya Məhkəməsinin İnzibati Palatası saxlanılanlardan 61-nin şikayəti üzrə işə baxıb.

"Məhkəmə saxlanılanların bəzi inzibati cəzalarını saxlayıb. Bəzi hallarda isə Tiflis şəhər Məhkəməsinin inzibati qaydada həbs cəzaları ləğv edilib",-deyə X.Aradazaşvili bildirib.
Apellyasiya Məhkəməsi ötən gün gecə keçirdiyi dinləmələrində 41 nəfərin azadlığa buraxılması haqqında qərar verib. Onlardan ikisinin günahsız olduğu təsdiqlənib.
Qeyd edək ki, iyunun 20-21-də Tbilisidə keçirilən nümayişlərdə həbs edilən 305 aksiyaçıdan 121-nə inzibati qaydada həbs cəzası verilib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu