Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş konfrans keçirilib - Fotolar



 

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində görkəmli siyasi və ictimai xadim, ideoloq, milli mübariz Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

"Sherg.az" Tarix üzrə fəlsəfə doktoru, konfransın aparıcısı Firdovsiyyə Əhmədova konfransı açaraq Əhməd bəy Ağaoğlunun həyat və mübarizə yolu, ictimai-siyasi fəaliyyəti ilə bağlı məlumat verib. QAT sədri Akif Nağı konfransın məqsəd və məramından, mövzunun aktuallığından danışıb.

Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun "1905-1906-cı illər erməni irticası və Əhməd bəy Ağaoğlu” adlı məruzəsinin mətni təqdim olunub, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova "Əhməd bəy Ağaoğlunun ictimai-siyasi görüşləri”, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı "Əhməd bəy Ağaoğlunun mətbuat sahəsində fəaliyyəti” adlı məruzələrlə çıxış ediblər. Sonra məruzələr ətrafında Nazim Tapdıqoğlu, Növrəstə İbrahimova və digərləri çıxışlar ediblər, müzakirələr aparılıb. Aparıcı Firdovsiyyə Əhmədova konfransın yekunlarına dair müddəaları səsləndirib.






Paylaş
Bizi Facebookda izləyin
menu
menu