Çimərliklərə girişin pullu olmasına deputatdan sərt MÜNASİBƏT:”Heç kim də reaksiya vermir”

Fazil Mustafa: “Dənizi hasara almaq, yolu bağlamaq, çimərliyə girişi qadağan etmək düzgün deyil”


Xəzər dənizinin Pirşağı qəsəbəsi ərazisinə düşən çimərlik hissəsi kasıb əhalinin üzünə bağlanıb. Bu faktla bağlı sosial şəbəkələrdə video paylaşılıb. Hadisəni əks etdirən videoda açıq-aşkar görünür ki, çimərlik ərazisi hasara alınıb və avtomobillərin əraziyə girişini tənzimləmək üçün xüsusi maneələr yaradılıb.

Vətəndaşlardan biri maşını ilə çimərlik ərazisinə girmək istəsə də, çimərlik işçisi ondan 10 manat tələb edib. Dediyi məbləği verməyəcəyini təqdirdə çimərliyə daxil ola bilməyəcəyini bildirib. "Bizim Məkan” adlanan obyektin isçisi "qapı”da aldıqları pulun müqabilində müştərilərə qəbz belə vermir.

Baş verənlərlə bağlı "Sherg.az”a danışan millət vəkili Fazil Mustafa bu cür halların qanunsuz olduğunu bildirib.

Deputatın sözlərinə görə, ola bilsin ki, Pirşağı qəsəbəsində hansısa özəl yerlər bağlanıb:

"Amma həmin ərazilər özəlləşdirilsə belə, çimərliyin bağlanması qanunsuz haldır. Belə hadisələrə heç bir halda yol vermək olmaz. Çünki, çimərliklər xalqın üzünə açıq olmalıdır. Təbii ki, Azərbaycanda çimərəliyə yaxın evlərin böyük əksəriyyəti hasarlanıb. Heç kim də buna reaksiya vermir. Dənizi hasara almaq, yolu bağlamaq, çimərliyə girişi qadağan etmək düzgün deyil. Belə bir hadisə yaşanırsa, vətəndaşlar bu olanları ictimailəşdirməli və müvafiq orqanlara müraciət edərək hüquqlarının pozulması ilə bağlı addımlar atmalıdırlar. Əks halda başqa çıxış yolu yoxdur”.


Yeganə Bayramova
Paylaş
Bizi Facebookda izləyin
menu
menu