Kütləvi dava: Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib.




Mingəçevirdə qətl hadisəsi baş verib.

APA -nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin "Energetik" yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.

Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu