Ərdoğan səlahiyyətlərini təhvil verdi - SƏBƏB





Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə "Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Yaponiyaya səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan 28-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, G20 sammitinə isə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Yaponiya, İspaniya, Sinqapur, Tayland, Misir, Seneqal, Çili, Vyetnam, Hollandiya, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. ölkə və təşkilatlar daxildir.

Yaponiya ilk dəfə foruma ev sahibliyi edəcək.

Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 14-15 iyun tarixlərində Tacikistanda Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.


Paylaş
Bizi Facebookda izləyin
menu
menu