Müctəba Zunnur: "İranın XİN başçısı nə terrorçu, nə də qaçaqçıdır"





"Məhəmməd Cavad Zərif nə terrorçudur və nə də qaçaqçıdır, Silahlı Qüvvələrin üzvlərindən də deyil ki, ona qarşı sanksiya tətbiq olunsun”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Müctəba Zunnur deyib.

O bildirib ki, İranın Xarici İşlər Nazirliyinin başçısına qarşı sanksiya tətbiq olunması üçün heç bir əsas yoxdur: "ABŞ artıq bu qənaətə gəlib ki, sanksiyalar səmərəsizdir. Buna görədir ki, hər bir vasitə ilə İran diplomatiyasını təsir altına salmağa çalışır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu