Ata - bala can verdi: Bu görüntü dünyanı sarsıtdı




Yeni bir həyat axtarışları üçün qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışarkən Meksika sərhədindəki Rio Bravo çayında həyatını itirən El Salvador Oskar Alberto Martinez Ramirez və 11 aylıq qızı Valerianın görüntüsü ürəkləri dağladı.




 
Sherg.az xarici media istinadın xəbər verir ki, Meksikada nəşr olunan "La Jornada” qəzetində yer alan xəbərə görə, El Salvador Oskar və 11 aylıq qızı Valeria, Meksika ilə ABŞ-ı ayıran Rio Bravo çayı üzərindən ABŞ-a keçərkən həyatını itirib. Hadisə belə baş verib: ABŞ-ın Meksika sərhədində sığınacaq cavabı gözləyən Oskar Alberto, bazar günü qeyri-qanuni yollarla ABŞ-a keçməyə qərar verir. Əvvəlcə qızı ilə çayı keçən Oskar, qızını ABŞ tərəfə qoyaraq xanımı üçün geri qayıtmaq istəyib. Elə bu zaman qızının çaya düşdüyünü görür. Geri dönən Oskar Valeriaya çatsa da axına düşərək qızı ilə birlikdə can verir.


 
Oskarın xanımı Tania Vanessa Avalos yaxınları ilə birlikdə, iki aydır ki, Puerta Mexico körpüsündə, ABŞ-dan sığınacaq almaq üçün gözlədiklərini və Meksikanın onlara viza verdiyini bildirib.
Avalos, olduqları yerdə temperaturun 45 dərəcəyə çatdığını və Oskarın ümidsizliyə qapılaraq üzərək ABŞ-a keçməyə qərar verdiyini söyləyib. Həyat yoldaşı və qızının axına düşdüyünü görən Avalos rəsmilərdən yardım istəyir. Bundan sonra Oskar və Valerianın axtarışına başlanıb. Təxminən 12 saat davam edən axtarış işlərinin sonunda Oskar və Valerianın cəsədləri tapılıb. Atasının qolsuz köynəyi içində, boynuna sarılmış bir şəkildə tapılan Valerianın cansız bədəni, 2015-ci ildə Bursadan Yunanıstana keçərkən boğularaq həyatını itirən Aylan Kurdiyi xatırladıb.
Meksikanın dövlət başçısı Andres Manuel Lopez Obrador da, hadisə ilə bağlı şərh veib: "Bu çox acı bir xəbərdir. Hər zaman demişik, ABŞ nə qədər çox adamı rədd edərsə, çöldə və ya çayı keçərkən ölən adamların sayı çox olacaq".
Meksikanın ABŞ sərhədində yerləşən Matamoros şəhərində hazırda minlərlə insan ABŞ rəsmilərindən sığınacaq verilməsi üçün çağırış gözləyir. Digər tərəfdən, ABŞ həftədə orta hesabla 3 sığınma tələbi qəbul edir.

Paylaş
Bizi Facebookda izləyin
menu
menu