Gürcüstan parlamentinin deputatının həbsinə razılıq verildi




Gürcüstan parlamenti müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması barədə qərar qəbul edib. 91 deputat qərarın lehinə səs verib.

Müxalif "Avropalı Gürcüstan” və "Vahid Milli Hərəkat” partiyalarından olan deputatlar etiraz olaraq iclasda iştirak etməyiblər.

Plenar iclas parlamentin binası ətrafında müxalifət tərəfdarlarının etiraz aksiyası fonunda keçib.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Prokurorluğu N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu