Binanadan düşən körpəni havada tutdu: Burnu belə qanamadı - FOTOLAR




 Hadisə İstanbulun Fateh səmtində keçən cümə axşamı günü günorta saatlarında yaşanıb.
 Sherg.az türk mediasına istinadən xəbər verir ki,  suriyalı Doha Məhəmməd, anası Leyla Abdullah mətbəxdə yemək hazırlayərkən ikinci mərtəbədəki açıq qalan pəncərəyə yaxınlaşıb. 




 
Bu zaman eyni küçədə  pəncərə sexində çalışan Əl- Cəzair vətəndaşı 17 yaşlı Feuzi Zabaat, uşağın düşəcəyini fərq edərək pəncərənin altına qaçıb. Yerə düşən kiçik qız az qala  yerə çırpılacaqdı ki, Feuzi onu havada tutub. 2 yaşlı Suriya vətəndaşı olan Doha hadisədən burnu belə qanamadan sovuşub. Uşağın ölümdən döndüyü o anlar təhlükəsizlik kamerasında əks olunub.


 
Dəhşətli qorxu yaşayan Dohanın anası aşağıya enərək, uşağı götürüb. Xəbərdən dərhal sonra Doranın atası Yusuf Məhəmməd evə gəlib. O, qızının həyatını qurtardığı üçün Feuzi Zabaata 200 lirə mükafat verib. Yusuf Məhəmməd sabahısı gün də qurban kəsib."




 Doranı havada tutan Feuzi Zabaat, "Uşaq düşərkən tutdum. Allah rizası üçün lazım olanı etdim" deyib. Bu zaman yenə Doranın atası uşağını qurtaran Feuzi Zabaata təşəkkür edib.

Turan
Paylaş
Bizi Facebookda izləyin
menu
menu