Üçmərtəbəli binanın iki mərtəbəsi yandı




Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli binanın (hər mərtəbəsi 630 m², 2-ci və 3-cü mərtəbəsi mebel sexi kimi fəaliyyət göstərir) 2-ci və 3-cü mərtəbəsində 230 m² sahədə mebel məmulatı, 80 ədəd boya çəlləyi (hər birinin həcmi 12 litr) yanıb.

Bu barədə "Sherg.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, binanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu