“ABŞ Gürcüstanda Rusiyaya qalib gələcək” – AKTUAL





"Gürcüstanda yeni inqilab ssenarisi hazırlana bilər”

Bunu "Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, Gürcüstanla Rusiya arasında siyasi böhranın dərinləşməsi hakim "Gürcü Arzusu” partiyasının sonunu gətirə bilər:

"Bu etirazlardan istifadə edən müxalifət Qərbin təlimatı, xüsusi ilə Vaşinqton tərəfindən hərəkətə gətirilir. Çünki, prezident Salome Zurabişvili və B.İvanaşvilinin apardığı siyasət Rusiyanın regionda aktiv rol oynamasına gətirir. 

Abxaziya dəmiryolunun açılması, Qazpromla danışıqlar, süni olaraq strateji tərəfdaş olan Azərbaycana qarşı "Keşikçidağ” üzərindən ərazi iddiası birbaşa ABŞ-ın regionda maraqlarına təhdid yaradırdı.

Prezident Zurabaşvilinin "Amerika bazalarının Gürcüstan ərazisində olmasına ehtiyac yoxdur” mesajı məhz İvanaşvilinin mövqeyini əks etdirirdi. Ona görə də "Gürcü Arzusu" partiyası Vaşinqton üçün arzuolunmaz elan edilmişdi”.

Analitikin sözlərinə görə, bu ölkədə baş verənlər ABŞ-Rusiya qarşıdurmasına gətirir:

"ABŞ Gürcüstanda qalib gələcək. Çünki, əhali anti-rus ovqatına köklənib. Burada siyasi proseslər Vaşinqtonun maraqlarına uyğun həyata keçəcək. Artıq İvanaşvili iqtidarı ABŞ və NATO-nun regional çağrışlarına cavab vermir. Gürcüstanda baş verənlər Azərbaycanın milli və regional maraqlarına uyğundur. Əsasən, Abxaziya dəmiryolunun Ermənistan üzərinə açılması da qapadılır. Ermənistanın Gürcüstan hakimiyyəti ilə birgə ölkəmizə qarşı şübhəli siyasətinə son verilir”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu