Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar yaxalandı – Biri virus daşıyıcısıdır - FOTO


Türkiyədə, Qəhraman rayonunda polis fahişələrə qarşı əməliyyat keçirib. Sherg.az “Milliyət” qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanaraq deportasiya edilən azerbaycanlı qadın Natavan M-də tibbi müayinə zamanı AİDS və HİV virusu aşkarlanıb. 
Qəhrəman rayon polisi Mehmet D, Hasan Hüseyin D ilə Ərdal Y-nın xarici ölkələrdən gətirdikləri qadınları avtomobildə pul qarşılığında kişilərlə cinsi əlaqəyə təhrik etdiyini müəyyənləşdirib. 
Şübhəliləri izləyən polis rayonun mərkəzi küçələrinin birində qadın alveri ilə məşğul olan Mehmet D, Hasan Hüseyin D, Ərdal Y ilə Azərbaycan vətəndaşları Həvva C və Natavan M-i saxlayıb. “Çavuş” ləqəbli Mehmet D-nın Qəhramanda məktəbdə məmur olaraq işlədiyi üzə çıxıb. 
Həvva C polis idarəsində ifadə verdikdən sonra sərbəst buraxılıb. Natavan M deportasiya edilərkən tibbi müayinədən keçirilib. Bu zaman onda cinsi yolla yoluxan AİDS və HİV virusu aşkarlanıb.