Ayaq şişkinliyi ürək və böyrək xəstəliyinin əlaməti ola bilər


Türkiyə həkimləri ayaqlardakı şişkinliyə etinasız yanaşmamağı məsləhət görür. Əks halda bunun ağır fəsadlar yaradacağına diqqət çəkirlər.
Həkimlər bildirir ki, ayaqlarda şişkinlik əmələ gəlibsə, ürək-damar sistemi və böyrəklərin fəaliyyəti ciddi yoxlanmalıdır.

 Ayaq və ayaq biləklərindəki şişkinlik və ağrılar, həm bu bölgədəki əzələ-skilet sistemi və damarlara aid xəstəliklərə bağlı əmələ gələn simptomlardan, həm də  sistematik xəstəliklərdən qaynaqlana bilər. Bədənimizin əsas yükünü – ağırlığı ayaqlar və ayaqn biləkləri – topuqlar çəkir. Ayaq biləyi üst-üstə iki oynaqdan ibarət quruluşa malik olduğu üçün həm yuxarı və aşağı, həm də sağa və sola hərəkət edir.

 Ayaq və ayaq biləkləri içəri və çöl tərəfdən qüvvətli bağlarla dəstəklənir, ayaq sümükləri də bir çox bağ və oynaqdan ibarətdir. Ayağımızda 20-dən artıq sümük var. Bədəndəki sümüklərin dörddə birini ayaq sümükləri təşkil edir. Bu sümüklərin düzgün hərəkətini və bir-biriylə uyğunlaşmasını bağlar təmin edir. Ayağın bu kompleks quruluşundakı hər hansı bir pozuntu bu bölgədə ağrı, şişkinlik, hərəkət məhdudiyyəti kimi bir sıra narahatlıqlara səbəb olur.

 Türkiyənin İstinye Universitet Xəstəxanası Medical Park Qaziosmanpaşa Ortopediya və travmatologiya üzrə mütəxəssis doktor   Erkam Kömürçü ayaq və ayaq biləyindəki şişkinliyə diqqət çəkərək bunun ürək xəstəliyi və böyrək çatışmazlığı xəstəliklərindən yarana biləcəyini deyir.

Şişkinliyin forması, xarakteri, ölçüsü, şişkinliklə yanaşı görünən əlamətlər xəstəliyin müayinə və müalicəsində əsas parametrlər sayılır. Doktor bildirir ki, ayaqda və ayaq biləyində – topuqda şişkinlik varsa, «keçib gedər» deyib üzərindən keçilməsi və zamanında həkimə müraciət edilməməsinin sonradan ağır fəsadlara yol aça biləcəyini xatırladır. Ayaqlardakı şişikinliyin bir çox səbəbləri ola bilər. 


Ayaq xaricində səbəblər: 

- Ürək, qaraciyər və böyrək xəstəlikləri kimi daxili xəstəliklər.
- Limfa damarları və damar çatışmazlığına bağlı rahatsızlıqlar.
- Damar keçirməzliyinə bağlı qan dövranı pozuntuları.
- Qəbul edilən dərman preparatlarının yaratdığı yan təsirlər.
- Allergik xəstəliklər
- Hormon pozuqları və romotoloji çatışmazlıqlar.
- İnfeksiyon xəstəliklərdə də ayaqlarda şişkinlik yarana bilər. 

Ayaqlarla bağlı səbəblər:

- Ayağı əmələ gətirən sümük, əzələ, qığırdaq və sinirlərdən qaynaqlanan xəstəliklərin verdiyi şişkinlik.
-  Topuq ağrıları topuq tikəni, plantar fasiit.
- Dırnaq batması
- Baş barmağın əyilməsi
- Ayaq və ayaq biləyinin kirəcləşməsi.
- Əzələ, bağ zədələri, sinir sıxılması
- Uşaqlarda ayaq problemləri, yastı pəncə və əyri ayaqlar.
- Topuqda və ayaq barmaqları sümüklərində forma dəyişikliyi.
- İdman hərəkətləri zamanı yaralanmalar və ayaq-bilək burğulmaları. 
 Həkim «vücudunuzun «yardım» çığırtısına qulaq verin» deyir:
- Ayaqlarınız ağrıyırsa, şişmişsə, sizin normal həyatınızı problemə çevirmişsə, mütləq həkimə müraciət etməli və müayinə olunmalısınız. Hər bir ağrı, forma dəyişikliyi orqanizmə xəbərdarlıqdır. Bunu yaddan çıxarmayın. Vücudunuzun səsini dinləyib zamanında müayinə və müalicə olunsanız, problemdən azad olacaq və həyat tərzinizi normal şəkildə yenə davam etdirəcəksiniz. 

Məlahət Rzayeva