«G-20» sammitində Trampın qızını saymadılar: uğursuz müdaxilə və... - VİDEO

Amerika prezidenti Donald Trampın qızı İvanka Trampı « G-20 » sammitində ələ salıblar.

«Sherg.az» « bfmtv.com»a istinadən xəbər verir ki, bu barədə videonu Yelisey sarayı yayıb.  
Videodan da göründüyü kimi, «G-20» rəhbərləri ayaqüstə müzakirələr aparan zaman İ.Tramp müzakirələrə çox uğursuz müdaxilə edir. Emmanüel Makron, Tereza Mey, Castin Trüdo və Kristin Laqard sosial ədalət və iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
Bu zaman İ.Tramp müdaxilə edərək ona qarşı səsləndirilən qohumbazlıq və bacarısızlıqla bağlı ittihamları rədd etdiyini söyləyir.
Castin Trüdo və Kristin Laqard ona baxıb sakitcə başını yelləyib etiraz edir. T.Mey də ona fikir verməyərək E.Makronun sualına cavab verir.