Müəllim olmaq istəyən 52 638 namizəd elektron ərizəsini təsdiqləyib



Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 54 687 namizəd elektron qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, onlardan 52 638 namizəd elektron ərizəsini təsdiqləyib.

İyul ayının 4-də test imtahanında iştirak hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə imtahan qrafiki barədə məlumat göndəriləcək.

Qeyd dək ki, sənəd qəbulu iyunun 24-də başlayıb və iyulun 3-də yekunlaşıb.