Kərkük-Ceyhan boru xəttində yanğın baş verib

İraq neftini Türkiyəyə daşıyan Kərkük-Ceyhan boru xəttində yanğın baş verib. Sherg.az xarici mediaya istinadən bildirir ki, “Reuters”ə hadisə ilə bağlı təhlükəsizlik mənbələri məlumat verib. 

Yanğının Mosulun 70 kilometr cənubunda yerləşən Ayn Cehş kəndində 6 əl bombasının üst-üstə zərərsizləşdirilməsindən sonram başladığı bildirilib. 
Ninova vilayəti ərazisindəki kənddən keçən boru xəttindəki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.