“Paşinyanla “Qarabağ klanı” arasındakı qarşıdurma pik nöqtəsindədir”


“Ermənistan Silah Qüvvələrinin baş Qərargah rəisi və xarici işlər nazirinin Qarabağa səfəri tərəflər arasındakı münasibətləri tənzimləmək üçün edilmiş cəhddir”.

Bunu “Sherg.az”a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib. 

Ekspertin sözlərinə görə, baş nazir Nikol Paşinyan “Qarabağ klanı”nın olduqca güclü olduğunu başa düşür: 



“Paşinyan Qarabağdakı vəziyyəti nəzarətə almaq istəyir. Məlum olduğu kimi qondarma rejim “seçki”yə hazırlaşır. Pasinyanın məqsədi “respublika”nın başına öz adamını yerləşdirməkdir. Öz nümayəndələrini Qarabağa göndərməklə əslində dəstəklədiyi namizədin şansını gücləndirmək istəyir. Paşinyanla “Qarabağ klanı” arasındakı qarşıdurma pik nöqtəsindədir. Qondarma qurumda planlaşdırılan “seçki” şousu isə bu vəziyyəti daha da gərginləşdirir. Əsl həngamə “seçki”dən sonra qopacaq. Əsas mübarizə buna görədir”.