Milli Parkda 2 nəfər dənizə düşdü


Dənizkənarı Milli Parkda dənizə düşən 2 nəfər xilas edilib."Sherg.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.