Öpüş zamanı ağızda nə qədər bakteriya yaranır ?

Hollandiyalı alimlər öpüşmə zamanı ağızda yaranan bakteriyalarla bağlı tədqiqat işi ortaya qoyublar« Sherg.az»ın «.sciencesetavenir.fr»ə istinadən xəbərinə görə, 2014-cü ildə « Microbiome» jurnbalında dərc olunmuş yazıda alimlər qeyd edirlər ki,  insanın ağzı heç də steril deyil.
Ağızda təxminən 700 müxtəlif tipli bakteriya olur. İki şəxs dillə öpüşən zaman ağızda təxminən 80 milyon bakteriya yaranır.  Hər bir cütlük gün ərzində ortalama 9 dəfə qucaqlaşıb öpüşür. 
Bu zaman onların ağız suyu eyniləşir. Və bəzən bu zaman onların birində olan xəstəlik digərinə keçə bilir. Həyata keçirilən təcrübə sübut bedir ki, hazırda gənclərin, cütlüklərin 90 faizi dillə öpüşməyə üstünlük verir. 
Alimlər hesab edirlər ki, öpüş zamanı ağız suyu sayəsində bakteriyarın sayı 3 dəfə artır.