Rəsmi Tehran açıqladı: “ABŞ-dan hava hücumu xəbərdarlığı almışıq”

İranın Milli Müdafiə Birliyinin lideri, general Qulam Rza Cəlali İran İnqilab Keşikçilərinin ötən ay ABŞ-a məxsus pilotsuz təyyarəsini vurduqdan sonra Amerikadan hava hücumu ediləcəyi xəbərdarlığını aldıqlarını açıqlayıb

Sherg.az xarici KİV-ə istinadən bildirir ki, general Cəlali qeyd edib ki, İrana qarşı ediləcək hər hansı hərbi əməliyyat, Tehran tərəfindən “müharibə səbəbi” olaraq qəbul olunacaq.

Qeyd edək ki, İran İnqilab Keşikçilərinin ABŞ-a məxsus pilotsuz təyyarəni zərərsizləşdirməsi, Hörmüz boğazında neft nəql edən tankerin vurulması və İranın zənginləşdirilmiş uran istehsalını normadan artıq əldə etdiyi haqqında verilən açıqlama, bölgədə geopolitik vəziyyəti gərginləşdirib. Bu gərginlik hələ də davam etməkdədir.