“Buğa festivalı” başladı: İlk gün 3 nəfər ölüb

İspanyanın Pamplona şəhərində hər il keçirilən və 9 gün davam edən “Buğa festivalı” başlayıb. Sherg.az xarici KİV-ə istinadən bildirir ki, festivalın ilk günündə 3 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya çatdırılıb. 

Qızıl Xaçın verdiyi məlumata görə, ümumilikdə 53 nəfərin yaralandığı festivalda, yaralanmalar olsa da 1 nəfərin öldüyü 2009-cu ildən bəri ölüm faktı qeydə alınmamışdı.

Bələdiyyə binasının eyvanından “Yaşasın Pamplona” şüarı ilə start götürən festival 14 iyula qədər 204 saat ara verilmədən davam edəcək. Ağ paltarlar geyinən və bir qayda olaraq qırmızı kepka taxan festival iştirakçıları buğaların qarşısında qaçacaqlar. 
Qeyd edək ki, “Buğa festivalı”na dünən bir qrup yarıçılpaq fəal etiraz edərək aksiya keçirib.