“Sarı jiletlilər” yenidən küçələrə çıxdıFransa polisi “bibər qazı”ndan istifadə edib

Fransada qiymət artımı və iqtisadi çöküşə etiraz olaraq başlayan, amma sonradan president Emmanuel Makron idarəçiliyinə etiraza dönən “sarı jiletlilər”in aksiyaları bu həftə də davam edib

Sherg.az xarici mediaya istinadən bildirir ki, Parisdə “Respublika” meydanına toplaşan aksiyaçılar “Kataloqna” meydanına qədər yürüş ediblər. Aksiyada hansısa hadisə baş verməyib. 

Polis sadəcə, ötən həftələrdə olduğu kimi Beynəlxalq Məclis və 15 apreldə yanğın nəticəsində böyük zərər görən Notr Dam katedralı ətrafında aksiya keçirilməsinə icazə verməyib. 

Ölkənin Kan və Besançon çəhərlərində də etiraz aksiyası keçirilməsinə icazə verilməyib. Lion və Montpellier şəhərlərindəki mitinqlərdə isə Makron istefaya çağırılıb. Tuluz şəhərində isə polis zorakılığına qarşılıq verən aksiyaçılara “bibər qazı” ilə müdaxilə edilib. 
Daxili İşlər Nazirliyi aksiyalara qatılanların sayı ilə bağlı məlumat verməyib. 

Qeyd edək ki, “sarı jiletlilər”in aksiyaları 17 noyabr 2018-ci ildən bu yanadır davam edir. Mitinqlərdə bu günə qədər 11 nəfər ölüb, 1797-si polis olmaqla 4 min 245 nəfər yaralanıb. 12 min 107 nəfər isə həbs edilib.