Səudiyyə Ərəbistanı Kralı KİV rəhbərlərini qəbul edib 


Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddədə ölkənin İnformasiya naziri Turki bin Abdulla əl-Şabanı, KİV orqanlarının rəhbərlərini, direktor və qəzet redaktorları şuralarının, jurnalist və yazıçılar assosiasiyalarının üzvlərini qəbul edib.
AZƏRTAC Səudiyyənin SPA dövlət informasiya agentliyinə istinadla bildirir ki, qəbulda Kral KİV-lərin əhəmiyyəti və Krallığın islamın yayılmağa başladığı iki müqəddəs ocağın yerləşdiyi ölkə kimi statusun, habelə Məscidül-Həramı və Peyğəmbər Məscidini (Məscidül-Nəbi) ziyarət edən zəvvarların rahatlığının təmin edilməsində Krallığın səylərinin işıqlandırılmasında KİV-lərin əhəmiyyəti barədə nazirləri məlumatlandırıb.
Kral vurğulayıb ki, Krallığın ismarıcının dünyaya çatdırılması, onun səylərinin, istər regional, istərsə də beynəlxalq səviyyələrdə müxtəlif sahələrə konstruktiv töhfəsinin işıqlandırılması istiqamətində daha fəal çalışmaq lazımdır.