Zelenski Putinə "əl uzatdı": "Üzümü Rusiyaya çevirmək istəyirəm"
Bu gün Ukraynanın yeni prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazır olduğunu söyləyib.
«Sherg.az»ın «lefigaro.fr»ə istinadən xəbərinə görə, o sosial media hesabında bəyan edib ki, bu görüş Belarusun paytaxtı Minskdə təşkil oluna bilər:
«Danışıqlar bir neçə məsələni -Almaniya, İngiltərə, Amerika və Fransanı da əhatə edə bilər. Üzümü Rusiyaya tərəf çevirmək istəyirəm. Buna ehtiyac varmı ? Əlbəttə, bu zəruridir». Bu təklifə cavab olaraq Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın«Tass» agentliyinə açıqlayıb ki, Ukrayna prezidentinin bəyanatı yeni təşəbbüsdür:
Əlbəttə, biz qısa müddətdə bu təklifi nəzərdən keçirəcəyik. Amma hələ ki, heç bir reaksiya verə bilmərəm».
Qeyd edək ki, « 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə Kievlə Moskva arasındakı münasibətlər gərginləşib.