“Avropa İttifaqı Qarabağ probleminin həllində söz sahibidir” 

“Azərbaycan Avropa üçün çox önəmli partnyordur”

Bunu “Sherg.az” açıqlamasında politoloq Kənan Paşayev deyib. 

Analitik vurğulayıb ki, ölkəmiz Avropa ölkələrinin enerji təhlükəsizliyində çox önəmli rola malikdir: 


“Avropa-Azərbaycan əlaqələri və  müxtəlif sahələrdə əməkdaşlığı ildən-ilə inkişaf edir. Bu əməkdaşlıq ölkəmiz üçün böyük imkanlar vəd edir. İlk öncə onu deyim ki, Avropa-Azərbaycan əməkdaşlığının inkişafı iqtisadiyyatımız, bilavasitə turizm iqtisadiyyatımız üçün çox önəmlidir. Əməkdaşlıq çərçivəsində hər il paytaxt Bakı və müxtəlif regionlarımıza yüz minlərlə Avropalı turist gəlir. Bundan əlavə ölkəmizin əməkdaşlıq çərçivəsində Avropaya və Qərbə inteqrasiyası genişlənir”. 

Ekspert vurğulayıb ki, Avropa İttifaqı Qarabağ probleminin həllində də müəyyən qədər söz sahibidir

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən olan Fransa da məhz Avropa İttifaqının aparıcı dövlətidir. Bu baxımdan Avropa-Azərbaycan əməkdaşlığı ölkəmiz üçün çox önəmlidir”.