Ankara Vaşinqtonun xəbərdarlığını rədd edir – "Körpülər" yandırılacaq ?


Türkiyə ABŞ-ın «S-400» raketləri ilə bağlı Ankaraya xəbərdarlıqlarını rədd edir

« Sherg.az» « lefigaro.fr»ə istinadən xəbər verir ki, Ankaranın Vaşinqtonun « Bu qərar ikitərəfli əlaqələrə ziyan vuracaq» bəyanatına məhəl qoymayıb. 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın reaksiyasına belə cavab verib : 
"Biz ABŞ-ı  aramızdakı diplomatiya, dialoq və ikili əlaqələrə zərbə vuracaq tədbirlər görməməyə çağırırıq ». 


ABŞ departamentinin sözçüsü Morqan Ortaqüs bəyan edib ki, Türkiyə « S-4000 »ləri qəbul etsə, özünün real mövqeyini sərgiləmiş olacaq. Həmçinin o qeyd edib ki, ABŞ Türkiyənin bu raketləri almasının əleyhinədir. Ona görə ki, Rusiya sistemi Türkiyənin də üzv olduğu NATO –nun qurğularına uyğun deyil. 

Qeyd edək ki, Vaşinqton iyun ayının əvvəlində Ankaraya ultimatum verərək, bildirib ki, Türkiyə 31 iyula qədər Rusiya müdafiə sistemi ilə F-35-lər arasında seçim etməlidir. 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə iyun ayının sonunda amerikalı həmkarı Donald Trampla görüşündən sonra vurğulayıb ki, Rusiyanın « S-400 » rakertlərini aldıqdan sonra ABŞ-ın Türkiyə tətbiq edəcəyi sanksiyalardan çəkinmir.